Yazını böyüt
Yazını kiçilt
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri çərçivəsində Ermənistan-Rusiya Universitetində Rusiya ali məktəblərinin filiallarının professor və tələbələri, eləcə də ekspert icması qarşısında çıxış edib, həmçinin “Rus Evi”ndə həmvətənlərlə görüşüb.
“Molokanlar nazirə duzlu kələmlə dolu taxta çəllək hədiyyə ediblər”. “Və erməni futbolunun əfsanəsi Roman Berezovskinin öz imzası olan top hədiyyə edib”, - “Rus Evi”nin yaydığı bəyanatda deyilir.
Qeyd edilir ki, molokanlar Ermənistanda yaşayan milli azlıqdır, öz icmasına malikdirlər, öz dini və milli qanunları ilə yaşayırlar.